Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2018
15:50
2583
Cənubi Koreya KXDR-in təhdidlərindən qorxdu

Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) kəskin reaksiyasından çəkinərək ABŞ Hərbi Hava Qüvvələrinin strateji aviasiyasının cəlb olunacağı manevrlərində iştirakdan imtina edib. FaktXəbər bildirir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb. 

Məlumata görə, bu həftə "B-52" strateji bombardmançılarının iştirakı ilə “Blue Lightning” manevrlərinin keçirilməsi nəzərdə tutulurdu. Lakin Cənubi Koreya tərəfi Şimali Koreya və ABŞ liderlərinin sammiti astanasında koreyalararası münasibətlərə mənfi təsirindən ehtiyatlanaraq, təlimlərdə iştirakdan imtina edib.

Buna qədər KXDR rəhbərliyi ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələrinin müştərək “Max Thunder” təliminin keçirilməsi ilə əlaqədar mayın 16-da Seulla planlaşdırılan danışıqları ləğv edib və bunu "təxribat” adlandırıb.

Məqalədə : Cənubi Koreya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 12:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com