Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2018
15:13
Avropa İttifaqı Ermənistanın siyasi məhbuslarını terrorçu kimi tanıyır

Avropa Birliyi Ermənistanın “Sasna tsrer” silahlı qruplaşmasını terrorçu dəstə kimi tanıyır. FaktXəbər bildirir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb.

Qəzetin yazdığına əsasən, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələri üzrə Departamentinin rəhbəri Dirk Şubel və qurumun nümayəndəliyinin başçısı Pyotr Svitalsk Yerevanda Ermənistan Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüş keçirib. Avropa rəsmilər görüş zamanı Ermənistana siyasi məhbusların siyahısını təqdim edib. Siyahıda "Sasn Tsrer” qruplaşmasının yalnız bir üzvünün adı olub. Digərləri isə terrorçu qruplaşma üzvü sayıldığı üçün siyahıya salınmayıb.

Qeyd edək ki, “Sasna tsrer" qruplaşması 2016-cı il iyulun 17-də Yerevanda Post-Patrul Xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürüb. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : erməni 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 02:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com