Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2018
23:42
ABŞ-da məktəbdə 10 nəfər öldürüldü - VİDEO

ABŞ-ın Santa-Fe şəhərindəki orta məktəbdə baş verən silahlı insident nəticəsində 9 şagird və 1 müəllim ölüb. FaktXəbər bildirir ki, bu barədə MSNBC telekanalı məlumat yayıb.

Məlumata görə, məktəbdə atəşi 17 yaşlı şagird açıb. Polis onu saxlamağı bacarıb.

Texas ştatının qubernatoru Qreqq Ebbott 10 nəfərin ölüm xəbərini təsdiqləyib: “10 nəfər həyatını itirib, daha 10 nəfər yaralanıb. Bu faciənin təkrarlanmaması üçün əlimizdən gələni etməliyik”.

“Associated Press” xəbər verir ki, Santa-Fe şəhərindəki məktəbdə atəş açmaqda şübhəli bilinənin şəxsiyyəti müəyyənləşib. Bu, 17 yaşlı Dimitrios Paqurtzisdir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 15:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com