Tehran: `Total` İrandan çıxarsa, yerini Çin şirkəti alacaq

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2018
12:47
3102
Tehran: `Total` İrandan çıxarsa, yerini Çin şirkəti alacaq

İranın neft naziri Bican Zengane bəyan edib ki, "Total" şirkəti ölkəni tərk edəcəyi təqdirdə, boş qalan yerini Çin şirkəti dolduracaq. FaktXəbər bildirir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd edək ki, Fransanın enerji şirkəti olan "Total" ABŞ sanksiyalarının yenidən bərpa olunacağı səbəbindən İrandakı layihələrini dayandırmaq məcburiyyətində qalıb.
 
Məsələ ilə bağlı açıqlama verən İranın neft naziri Bican Zengane deyib ki, "Total" şirkəti "Cənubi Pars 11" (SP11) qaz yatağındakı fəaliyyətinə xitam verəcəyi təqdirdə onun yerinə Çinin "CNPC" şirkəti keçəcək.

Hazırda "Total"ın İrandakı fəaliyyətini davam etdirməsi üçün Fransa və ABŞ hökumətləri müzakirə aparır. Avropa Birliyi ABŞ-ın İran sanksiyalarına qarşı şirkətlərini qorumaq üçün yollar axtarır.

Məqalədə : Total 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 01:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com