Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2018
11:52
40-dan çox ölkə lideri Qüdsə görə İstanbula toplaşır

Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə zirvə toplantısı keçiriləcək. Sammit hazırda İƏT-ə sədrlik edən Türkiyənin təşəbbüsü ilə çağırılıb.

İclasa təşkilata üzv olan 40-dan çox dövlətin rəsmilərinin qatılacağı gözlənilir.

Bildirlib ki, sammitdə 13 ölkənin prezidenti, əmiri və baş naziri, 2 dövlətin vitse-prezidenti, 3 ölkənin baş nazirinin müavini, 12-nin isə xarici işlər nazirləri iştirak edəcək. Bundan başqa, 11 ölkə toplantıda səfir və diplomatik missiyanın nümayəndəsi səviyyəsində təmsil olunacaq. 

İran prezidenti Həsən Ruhani, Əfqanıstan prezidenti Əşrəf Qəni, İordaniya kralı II Abdullah, Sudan prezidenti Ömər əl-Bəşir, Qvineya Bissaunun prezdenti Joze Mario Vaz, Qvineya prezidenti Alfa Konde, Qətər əmiri Təmim bin Həməd Al Tani, Küveyt əmiri Sabah əl Əhməd əl-Sabah, Mavritaniya prezidenti Məhəmməd Vələd Əbdüləziz, Şimal Kipr Türk Cümhurriyyətinin prezidenti Mustafa Akıncı, Pakistanın baş naziri Şahid Abbasi və Qırğız Respublikasının baş naziri Məhəmmədkalı Abılqaziyev sammitdə iştirak edəcək. 

Toplantıda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

Sammitdə ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi məsələsi, bundan sonra yaranmış vəziyyət və Fələstində baş verən hadisələr müzakirə ediləcək.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İƏT 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 03:30



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com