Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2018
11:14
5301
Öldürüldü deyilən Səudun vəliəhd şahzadəsi barədə yeni müəmma -FOTO

Səudun vəliəhd şahzadəsinin Xeyriyyə Fondunun rəhbəri Badr əl-Əsakir Mühəmməd bin Salmanın ölüm xəbəri yayıldıqdan sonra Tvitter səhifəsində foto paylaşıb. FaktXeber.com-un Al-Arabiyaya istinadla verdiyi məlumata görə, şəkildə şahzadəsinin Misir prezidenti Əbdül-Fəttah Əl-Sisi, Bəhreyn kralı Həməd ibn İsa, Əbu Dabinin vəliəhd şahzadəsi Muhəmməd bin Zaid və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanı ilə bir yerdə olduğu görünür.

Tvitterdə yazılıb ki, qardaşlar arasında  dostluq görüşünu Misir prezidenti Əbdül Fəttah əs-Sisi bir neçə gün öncə təşkil edib.

Bununla belə ekspertlər şəklin tarixinin bəlli olmadığını və çoxdan çəkilə biləcəyini vurğulayıblar.

Xatırladaq ki, Səudiyyənin vəliəhd şahzadəsi Muhəmməd Bin Salmanın çevrilişə cəhd zamanı öldürülümüş ola biləcəyi  barədə dünən Kayhan qəzeti məlumat yayıb.

Qəzet məxfi xidmətdə olan mənbələrə istinadla bildirir ki, Bin Salman aprelin 21-də saraya olan silahlı hücum nəticəsində 2 güllə yarası alıb, bu müddət ərzində cəmiyyətdə görünmədiyi üçün də ölmüş ola bilər.

Aprelin 21-də Ər-Riyadda Səud kralının sarayında atışma olub. Bildirilirdi ki, kral Salman ben Abdel Əziz Əl-Səud və oğlu Bin Salman Amerikanın şəhərdəki aviabazasına evakuasiya olunub. Bunun üçün həmin vaxt şəhərin hava məkanı  bütün mülki və hərbi  uçuşlar üçün bağlanmışdı. Associated Press  bunu kral mühafizəsi ilə ölkədə çevriliş etmək istəyən hərbçilər arasında qarşıdurma ola biləcəyini yazmışdı.

Qeyd edək ki, atışma barədə sosial şəbəkələrdə çoxlu videolar da yayılmışdı.

Rəsmi KİV-də bu barədə heç bir məlumat getməməsinə baxmayaraq, şahidlər və sarayın ətrafında yaşayan sakinlər sosial şəbəkələrdə dövlət çevrilişinə cəhd olduğunu yazırdılar.

Mütəmadi olaraq KİV qarşısında görünən Bin Salmanın 27 günlük olmaması onun səhhəti barədə bir sıra suallar yaradıb.

Məqalədə : Səud ailəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
59

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
147

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
110

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
135

Azərbaycanda ölüm səviyyəsi azalıb

16

Sentyabr
12:05
ÖLKƏ
109

Azərbaycan əhalisinin sayı açıqlanıb

16

Sentyabr
11:45
ÖLKƏ
257

Bilik günündən FOTOREPORTAJ

16

Sentyabr
11:36
ELM / TƏHSİL
245
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 16:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru