- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Bir müddətdir sosial şəbəkələrdə özünü din xadimi kimi təqdim edən Seyid İsa Ələkbər (əsl adı Hənifəyev İsa Emin oğludur - red.) Yasamal rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb və ona "Hüseyniyyə" adı ilə fəaliyyət göstərən yerin qeyri-qanuni fəaliyyət göstərdiyi bildirilərək, oranın bağlanması tapşırılıb.
Onun məclisində iştirak edən, amma adının çəkilməsini istəməyən şəxslərdən birinin FaktXəbər-ə bildirdiyinə görə, İsa Hənifəyev məclisləri paytaxt Bakının Yasamal rayonunda yerləşən I Alatava yaşayış massivində ailəsinə məxsus qarajda keçirirmiş: "Bir-iki dəfə getmişəm onun məclisinə. Keçirdiyi məclislər sadəcə özünü reklamdan başqa bir şey deyil. Dayana-dayana pafosla danışaraq, özünü xarizmatik lider hesab edirdi. Onun feysbukdakı paylaşımlarına diqqət etsəz, kim olduğunu anlayarsınız. Əslində o özü də bilmir kimdir. Özünü Azərbaycanın "ən gənc din xadimi" kimi təqdim etsə də, hərəkətlərindən qədeşə oxşayır. Harada dini təhsil alması barədə heç bir məlumatım yoxdur, amma savadsız olması dəqiqdir. Feysbukdakı paylaşımlarına baxsanız, bunu daha rahat görərsiniz. Son zamanlar isə özünü böyük İslam alimi Seyid Musa Sədrə oxşadır. Deyir onunla eyni missiyanı icra edir. Cəmiyyətin müxtəlif təbəqələrindəki şəxslərlə guya əlaqə qururmuş kimi, onlarla şəkil çəkdirir."
Qeyd edək ki, onun feysbuk profilinə baxaraq deyilənlərə şahid olduq. Doğrudan da o, əvvəlcə həmin qaraja "Qədir Xum Hüseyniyyəsi" adını verib. Bundan əlavə, özü barədə tanımış şəxs obrazı yaratmaq üçün müxtəlif din xadimləri - Hacı Şahin Həsənli, Hacı Ramil Bədəlov, Hacı Soltan Əlizadə, Hacı Əhliman Rüstəmovla, Seyid Əliəkbər Ocaqnejadla, o cümlədən ictimai şəxslərlə - Hacı Nuran, Arif Quliyev, Rəfael Ağayev, Tahir Omanov və siarlərlə fotolarını paylaşıb. Ola bilsin ki, idarəyə çağırılmamışdan öncə ona dəfələrlə xəbərdarlıq olunub. O da bu xəbərdarlıqdan xilas olmaq üçün sonradan "Qədir Xum Hüseyniyyəsi" adını dəyişdirərək "Bakı Heydər Hüseyniyyəsi" qoyub və Heydər Əliyevin böyük bir şəklini asıb. Amma onun bu addımı heç nəyi dəyişməyib və idarədə ona sonuncu xəbərdarlıq edilib.
- 16-02-2019 10:30 Tovuz, Kürdəmir, Baləkən sakinlərinə XOŞ XƏBƏR!
- 16-02-2019 10:21 Şamaxıda yenidən vulkan püskürdü
- 15-02-2019 16:34 İki rayonun qış otlaqlarında meliorasiya işləri üçün 30 milyon manat ayrılıb
- 15-02-2019 16:30 Tovuzda yol tikintisinə 3,3 milyon manat ayrılıb
- 15-02-2019 16:20 Himn farağat vəziyyətində və sona qədər dinlənilməlidir
- 15-02-2019 15:15 AQTA sahibkarlara müraciət edib
- 15-02-2019 14:17 Sabaha yağış gözlənilir
- 15-02-2019 12:44 "ASAN xidmət" dövlət qurumu ilə anlaşma imzalayıb
- 15-02-2019 10:30 Kənd Təsərrüfatı texnikasının güzəştli şərtlərlə satılacağı ünvanlar açıqlandı
- 15-02-2019 09:37 Dövlət Komitəsinin əməkdaşları şəhid pilotların ailələrinə baş çəkiblər
- 14-02-2019 19:35 Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib
- 14-02-2019 16:25 Hava XƏBƏRDARLIĞI: Külək güclənəcək
- 14-02-2019 16:05 Bakı üzrə pensiyaların artımla ödənişinə başlanılıb
- 14-02-2019 15:39 Sumqayıt şəhərinin 70 illik yubileyi qeyd ediləcək
- 14-02-2019 15:10 Ekologiya Nazirliyində sahibkarlarla görüş olub
- 14-02-2019 14:14 233 min nəfərin pensiyasında artım olacaq
- 14-02-2019 14:11 Fevralın 15-nə gözlənilən hava şəraiti açıqlanıb
- 14-02-2019 10:19 Nazirlik: Əmək pensiyaları 2 gün ərzində tam ödəniləcək
- 14-02-2019 10:04 Milli Məclisin növbəti plenar iclasının vaxtı dəyişdirilib
- 13-02-2019 23:45 Firudinin həyatda qalması üçün ona dəstək olaq
- 13-02-2019 16:58 Maştağada Gülçülük massivi – UNUDULMUŞ MƏKAN...
- 13-02-2019 15:54 İş axtaranların DİQQƏTİNƏ!
- 13-02-2019 14:30 Vulkandan sonra iki yaşayış evində çatlar əmələ gəlib - FOTO
- 13-02-2019 14:12 Qar yağacaq - Rəsmi
- 13-02-2019 12:13 Ötən ay 476 miqrant Azərbaycandan məcburi çıxarılıb