Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2018
14:22
Azərbaycanda meyvə-tərəvəz bolluğu OLACAQ...

Bu il meyvə-tərəvəzçilik sahəsində yüksək məhsudarlıq gözlənilir. Bu barədə  Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov məlumat verib.

İ.Cümşüdov bildirib ki, 186,4 min hektar meyvə bağı var:

“Onun138 min hektarı bar verən sahədir. Bütövlükdə 2017-ci ildə 955 min ton meyvə istehsal olunub. Hektardan məhsuldarlıq 68,4 sentner olub. Bizim məqsədimiz bölgələrdə intensiv bağların sayının artırılmasıdır. Yəni ənənəvi bağlardan tədricən intensiv bağlara keçid üstünlük təşkil edəcək. Hazırda nazirlik bu istiqamətdə seminarlar təşkil edilir, görüşlər keçirilir, bukletlər hazırlanır”.

Nazirlik rəsmisi qeyd edib ki, intensiv bağların özəlliyi məhsuldarlığın yüksək olmasındadır:

“Bu bağlarda məhsuldarlıq olduqca yüksəkdir. Bunlar damlama suvarması, fərqli əkin sxemi, hektarda bitki sıxlığı artıq olmaq şərtilə şpar üsulu ilə əkilib-becərilir. Necə ki, üzüm tingləri şparlarda, tikanlı məftillərlə əkilir. O qaydada intensiv və super intensiv bağlar salınır. Bu cür bağlarda məhsuldarlıq ənənvi bağlarla müqayisədə iki dəfə yüksəkdir. Ona görə yeni texnologiyaların tətbiqilə intensiv bağların sayının artırılmasına çalışırıq”.

İ.Cümşüdovun sözlərinə görə, bugünədək olan məlumatlar 2018-ci ilin kənd təsərrüfatı üçün əlverişli il olduğunu deməyə əsas verir:

“Qış aylarında əvvəlcə quraqlıq olsa da, sonradan yağışlar intensiv xarakter aldı. Bu isə torpaqda nəm ehtiyatını artırdı. Hazırda hava şəraiti həm meyvə-tərəvəzçilik, həm də dənli bitkiçilik, taxılçılıq üçün əlverişli keçir. Kəskin hava şəraiti problemi olmadığı üçün məhsuldarlığın aşağı düşməsi gözlənilmir”.

O, hazırda, ötən ilin anoloji dövrü ilə müqayisədə təzə kartofun əlverişli qiymətə təklif edilməsinə də münasibət bildirib:

“Bəli, hazırda bazarlarda təzə kartofun qiyməti 50-60 qəpiyədir. 2016-cı ildə 62 min hektar sahədə, 2017-ci ildə isə ondan az-58,8 min hektar sahədə kartof əkilmişdi. Sahənin az olmasına baxmayaraq, 2017-ci ildə məhsuldarlıq 2016-cı ilə nisbətən çox olub. Belə ki, 2016-cı ildə 902 min ton, 2017-ci ildə 914 min ton məhsul yığılıb. Hektardan məhsuldarlıq 14 ton, 2017-ci ildə 15 ton oldu. Artıq məhsuldarlıq əkilən sahəyə görə artırılmır.

Bu il məhsuldarlığın ötən illə müqayisədə yüksək olacağı gözlənilir. Ona görə də istehsalın müəyyən mərhələlərində faraş kartof həm də xaricə ixrac edilir. Eyni zamanda, mövsümdən asılı olaraq, başqa ölkələrdən bizə idxal edilir. Ona görə biz də istehsalın həcmini artırmaqla, həm yerli tələbatı ödəməyə, həm də daha çox məhsulu xaricə çıxarmağa çalışırıq”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : meyvə-tərəvəz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 05:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com