Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2018
10:30
Nəcəf şəhərində kommunist namizəd ilk dəfə deputat seçilib

İraq Kommunist Partiyasının namizədi ilk dəfə Nəcəf şəhərindən deputat seçilib. FaktXəbər bildirir ki, bu barədə "Middle East Eye" məlumat yayıb.

Kommunist Partiyasının namizədi Suhad əl-Hatibin şiələr üçün müqəddəs şəhərlərdən sayılan Nəcəfdə qalib gəlməsi böyük marağa səbəb olub.

Buna qədər müəllim işləyən əl-Hatib yoxsulluğa qarşı mübarizəsi və qadın hüquqları üçün apardığı təbliğatla seçilib.

Qeyd edək ki, İraqda keçirilən seçkilərdə Müqtəda əs-Sədrin başçılıq etdiyi "Sairun" koalisiyası qalib gəlib. Seçkilərdə əs-Sədrin ən yaxın müttəfiqi İraqın Kommunist Partiyası olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Nəcəf 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 14:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com