Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2018
09:20
Uçquna düşüblər, hərəkət imkanları olmayıb - RƏSMİ

Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüş zamanı itkin düşən alpinistlərin meyitlərinin tapılması istiqamətində aparılan əməliyyatların detalları məlum olub.

İtkin düşən şəxslərin hər üçünün meyiti çadırda aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin komandiri, axtarışlara cəlb olunan qrupun rəhbəri Toğrul Mehdiyev APA-ya bildirib ki, bir neçə gün öncə müəyyən ipucuları tapılmışdı. Məhz bundan sonra bütün güclər həmin istiqamətə yönəldildi. Onun sözlərinə görə, axtarışlara kinoloji xidmətinin xüsusi təlim görmüş itləri cəlb olunub.

“Təxminən 100:120 m olan ərazi idi. Əvvəllər 13-14 metr olan qar hazırda 4-6 metr olardı. Axtarışlar o istiqamətdə yönəldildi və gücləndirildi. 2 gün ərzində aparılan axtarışlar nəticəsində tapıldılar. Təxminən 2800-2900 metr hündürlükdə, 4 metr qar uçqunu olan ərazidə aparılan qazıntılar nəticəsində cəsədlər çadırda tapılıb. Birinci Babur, ikinci Fəridə, sonra isə Namin tapılıb. Hamısı istirahətdə olduqları zamanı güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb”, deyə Toğrul Mehdiyev bildirib.

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Alpinistlər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 16:11



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com