Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2018
22:20
3461
Direktor müavinlərinin işə qəbulunda məhdudiyyətlər olacaq

Azərbaycanda orta məktəblərdə direktor müavinlərinin işə qəbulunda məhdudiyyətlər tətbiq ediləcək.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

E.Bağırovun sözlərinə görə, direktor müavinlərinin işə qəbulu əvvəlki illərdə olduğu kimi bu il də yerli təhsl idarəetmə orqanlarının səlahiyyətinə aid olacaq:

"Sadəcə olaraq, bu məsələ ilə bağlı bəzi dəyişikliklər edilib. Dəyişiklik ondan ibarətdir ki, əvvəlki illərdə direktor müavinləri pedaqoji təcrübəsinə görə kənardan işə qəbul oluna bilirdisə, indi bu məsələdə məhdudiyyət müəyyən edilib".

E.Bağırov bildirib ki, yalnız təhsil müəssisəsində çalışan müəllimlər vəzifədə irəli çəkilmək yolu ilə direktor müavini təyin olunacaqlar.

Nazirlik rəsmisi hesab edir ki, bu, müəllimlərin daha motivasiyalı işləməsinə səbəb olacaq. (Trend)

Məqalədə : məktəb direktor 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-07-2018 14:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com