Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2018
20:15
İtkin düşən alpinistlərin meyitləri 5 aydan sonra tapılıb

Quba rayonunda itkin düşmüş alpinistlərin meyiti helikopterlə Bakıya göndəriləcək.

FaktXəbər bildirir ki, onların meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil veriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, axtarışlar nəticəsində mayın 16-da, saat 18 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. Saat 19 radələrində isə daha bir kişi və qadın cəsədi aşkarlanıb.

Dekabrın 27-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Alpinistlərin axtarışı ilə bağlı işlər aparıldığı deyilsə də, ötən müddət ərzində onlardan heç bir xəbər almaq mümkün olmamışdı.//report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : alpinistlər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 04:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com