Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2018
16:58
`Azərbaycanı Avropa Şurasından uzaqlaşdırmaq istəyirlər`

“AŞPA-nın tərkibində İstintaq Qrupu yaradılıb. Bizim buna münasibətimiz mənfi olmuşdu. Həmin qrup hesabatını açıqladı, orada olanların 99 faizi Azərbaycanla bağlı idi. Orada gedən proseslər şəffaf deyil”.

Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi mətbuat konfransında AŞPA-nın bəzi üzvlərə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, həmin qurumda Ermənistana münasibət fərqlidir: “Necə olur ki, Ermənistandakı keçmiş rejimlə bağlı müsbət fikir ifadə edirdilər. Amma Ermənistan xalqı həmin rejimi tarixin zibilliyinə atdı. Avropa Şurasının içində sağlam qüvvələr var. Amma bəzi şəxslər qərəzlə çıxış edirlər. Onlar Azərbaycanı Avropa Şurasından uzaqlaşdırmaq istəyirlər”.

S.Seyidov qeyd edib ki, heç kəs Azərbaycanı həmin qurumdan uzaqlaşdıra bilməz: "Qəbul olunmuş sanksiya bizə məhdudiyyət qoya bilməz. Yəni, bu sanksiya Dağlıq Qarabağ probleminin orada qaldırılmasına əngəl ola bilməz”.(report.az) 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : AŞPA Səməd Seyidov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 00:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com