Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2018
16:10
Zaxarova: Vaşinqton İŞİD-i yenidən dirçəltmək istəyir

ABŞ Suriyada Fərat ətrafında  terrorçuları gizlədir. ABŞ-ın himayədarlığı ilə İŞİD xəlifəliyinin yenidən dirçəldilməsi risqi var. FaktXeber.com-un İnterfaks-a istinadla verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova belə hesab edir.

«Biz Amerika administrasiyasının ABŞ koalisiyası və Suriya Demokratik Qüvvələri tərəfindən Fərat ətrafında xarici terrorçular barədə susmasına diqqət etdik», - deyə XİN sözcüsü bildirib.

Onun sözlərinə görə, söhbət Avropa və MDB ölkələrindən olan 2-3 min terrorçudan gedir: «Bu yuridik vakuumun bilərəkdən yaradıldığı təəssüratını yaradır, məqsəd isə əsas hədəfi gizlətməklə, terrorçuları məsuliyyətdən uzaqlaşdırmaqdır. Onların sadəcə azad şəkildə hərəkəti məhdudlaşır, halbuki eyni vaxtda onlar 3 dəfə yeməklə təmin olunur, fiziki formalarının saxlanılması üçün şərait yaradılır, tibbi xidmətlər göstərilir.Trampın  amerikalıların tezliklə Suriyanı tərk edəcəyi barədə elanı Fərat ətrafında İraqda olduğu kimi xilafətin reabilitasiya riskini artırır, hansı ki, amerika kontingentinin oranı tərk etməsi ilə İŞİD meydana gəlmişdi», - deyə, Zaxarova Kerçdə brifinqdə bildirib.

«Terrorçuların cinayət təqibindən qaçınmaqla ABŞ Administrasiyası onların cinayətkar fəaliyyətini gizlədir», - deyə o, bildirib

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Zaxarova 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 04:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com