Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2018
15:26
`Ramil Usubov hər dəfə göstəriş verir ki...`

"Kütləvi İnformasiya Vasitələrində Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan vəzifəli şəxslərin, xüsusən də cənab nazir Ramil Usubovun özünü və xidməti fəaliyyətini təqdir edən silsilə məqalələrə rast gəlinir".

Bunu DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov bildirib. 

"Müəlliflərinə təşəkkür etməklə yanaşı onu da nəzərlərinə çatdırmaq istərdim ki, belə yazılar şəxsən nazir Ramil Usubovun özü tərəfindən heç də rəğbətlə qarşılanmır, əksinə hər dəfə göstəriş verir ki, yazı müəllifinə və ya məqalənin dərc edildiyi KİV-in rəhbərinə onun etirazını çatdıram. Çünki bu xarakterli yazılar son vaxtlar o qədər çoxalıb ki, istər-istəməz oxucuda onların bir mərkəzdən məqsədli şəkildə təşkil olunduğu qənaəti yaradır.

Hamının təvazökar və eyni zamanda əsaslı tənqidi sevən bir insan kimi tanıdığı R.Usubovun belə təriflərə ehtiyacı yoxdur. O, dövlət və xalqı qarşısında öz vəzifə borcunu yerinə yetirir və onun da fəaliyyətinə qiyməti verən cənab Prezidentdir. Vətəndaş isə təşəkkürünü və ya iradını KİV-də ictimailəşdirməklə deyil, fərdi qaydada DİN-in ünvanına göndərə bilər.

O ki, qaldı hörmətli mətbuat nümayəndələrinə, onların da konkret olaraq nazir və ya başqa vəzifəli şəxs barədə deyil, yaxın zamanda öz 100 illik yubileyini qeyd edəcək Azərbaycan Polisinin ümumi fəaliyyəti barədə yazmaları daha səmərəli və məqsədəmüvafiq olardı", deyə E.Zahidov əlavə edib. (report.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ramil Usubov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 08:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com