Ermənilər bizdən həm də bunları qoparıb - SİYAHI - FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2018
13:15
3143
Ermənilər bizdən həm də bunları qoparıb - SİYAHI - FOTO

Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunub. 

Beynəlxalq Muzeylər Şurası - ICOM 1946-cı ildə Parisdə (Fransa) yaradılmış qeyri-hökumət beynəlxalq təşkilatdır. ICOM - dünya təbii və mədəni irsinin, maddi və qeyri-maddi irsin qorunması, inkişafı və cəmiyyətnən qarşılıqlı əlaqələri yaradılması ilə məşğul olan muzey və muzey mütəxəssislərinin beynəlxalq birliyidir.  

1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün Rusiyanın bütün muzeylərində "açıq qapı" elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalara tamaşa edirlər.

"Muzey" yunan sözü olub, "muzalar məbədi" deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılmışdır.

Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı İsgəndəriyyə şəhərində yaradılmışdır. Burada 40.000-dən artıq eksponat saxlanılır. 

Dünyanın məhşur muzeyləri əsas etibari ilə Parisdə Luvr muzeyi (Fransa), Londonda Viktoriya və Böyük Britaniyada Albert muzeyi, İstanbulda Topqapı muzeyi (Türkiyə) və Sankt-Peterburqda Ermitajdır (Rusiya) sayılır.

Azərbaycanda ilk milli muzeyin yaradılması Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də "İstiqlal" muzeyi fəaliyyətə başladı. Muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar və əlyazmalar toplanmışdı. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamenti Rəyasət Heyətinin hesabına idi. Aprel işğalından sonra "İstiqlal" muzeyinin eksponatları yeni təşkil olunmuş Azərbaycan dövlət muzeyinə verildi. Sonralar eksponatların bir hissəsi (o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, "İstiqlal Bəyannaməsi"nin əsli, Azərbaycan Parlamentinin materialları və s.) Moskvadakı İnqilab muzeyinə aparıldı.

Sovet hakimiyyəti Azərbaycanda muzey şəbəkəsi daha da genişlənmişdi: Nizami adına Ədəbiyyat muzeyi, L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi, Azərbaycan Tarixi muzeyi, Xalq Maarifi muzeyi, bir çox rayon və şəhərlərdə tarix, diyarşünaslıq muzeyləri, elm və mədəniyyət xadimlərinin ev muzeyləri və s. bu qəbildəndir. 

İftixarla qeyd olunmalıdır ki, Azərbaycan Xalçası və Tətbiqi Sənət Dövlət Muzeyi dünyada yeganə belə muzeydir. Bu muzey həm də Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi vardır.

Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər), İşıqlı dağının ətəklərində (Laçın), Bədii daş muzeyi (Zəngilan), Bədii daş muzeyi (Ağdərə) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər və daş fiqurlar sübut edir.  

Təsüf hissi ilə qeyd etmək lazımdır ki erməni işğalı altında olan yurd yerlərimizdə qalan muzeylərimizdən ermənilər 100 mindən çox milli mədəni irsimizə aid miraslarımızı (eksponatları) 1992/93-cü illərdə qarət edərək qənimət kimi Ermənistana apardılar.

Ermənistan  tərəfindən işğal  edilmiş  ərazilərdə qalan Muzeylər, Dövlət Rəsm Qalareyaları və eksponattların sayları haqqında

M  Ə  L  U  M  A  T 

S

Adı

Eksponatların sayı

Yeri

1

Tarix Diyarşunaslıq muzeyi

22591

Xankəndi şəhəri

2

Dövlət Rəsm Qalareyası

174

Xankəndi şəhəri

3

Şuşa tarix muzeyi

5000

Şuşa şəhəri

4

Ü.Hacıbəyovun ev muzeyi

300

Şuşa şəhəri

5

Bül-Bülün ev muzeyi

369

Şuşa şəhəri

6

Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin Şuşa filialı

163

Şuşa şəhəri

7

Qarabağ Dövlət Tarix Muzeyi

500

Şuşa şəhəri

8

Qarabağ Ədəbiyyat Muzeyi

10000

Şuşa şəhəri

9

Mir Möhsün Nəvvabın ev Muzeyi

100

Şuşa şəhəri

10

Dövlət Rəsm Qalareyası

90

Şuşa şəhəri

11

Tarix Diyarşunaslıq muzeyi

2000

Ağdam şəhəri

12

Çörək muzeyi

694

Ağdam şəhəri

13

Qurban Primovun xatirə muzeyi

700

Ağdam şəhəri

14

Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi

500

Ağdam şəhəri

15

Tarix Diyarşunaslıq muzeyi

2290

Ağdərə şəhəri

16

Tarix Diyarşunaslıq muzeyi

5000

Füzuli şəhəri

17

 Xalq Tətbiqi Sənəti Muzeyi

800

Füzuli şəhəri

18

Tarix Diyarşunaslıq muzeyi

3200

Hadrud şəhəri

19

Tarix Diyarşunaslıq muzeyi

3000

Qubadlı şəhəri

20

Dövlət Rəsm Qalareyası

62

Qubadlı şəhəri

21

Tarix Diyarşunaslıq muzeyi

5000

Laçın şəhəri

22

Dövlət Rəsm Qalareyası

50

Laçın şəhəri

23

Sarı Aşığın xatirə muzeyi

500

Laçın rayonu Güləbird kəndi

24

Tarix Diyarşunaslıq muzeyi

32000

Kəlbəcər şəhəri

25

Tarix Diyarşunaslıq muzeyi

2000

Cəbrayıl şəhəri

26

Tarix Diyarşunaslıq muzeyi

6000

Zəngilan şəhəri

27

Daş muzey

50

Zəngilan şəhəri

Cəmi:

103 133

Faiq İsmayılov 

AMEA İnsanHüquqları İnstitunun əməkdaşı

Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 17:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com