Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2018
12:40
Kann Film Festivalında İsrailə etiraz olundu - FOTO

Dünyanın nüfuzlu Kann beynəlxalq kinofestivalında İsrail rejiminin cinayətlərinə etiraz olunub. FaktXəbər bildirir ki, film festivalında Livanı təmsil edən nümayəndə heyəti İsrailin fələstinliləri qətlə yetirməsini etirazla qarşılayıb.

Kinofestivalın məşhur qırmızı xalçasında hərəkət edən Manal İssa adlı aktrisa "Stop the attack Gaza" ("Qəzzaya hücumu dayandırın") yazılı plakat qaldırıb. Livanlı aktrisanın fələstinlilərə dəstək nümayiş etdirməsi həm festival iştirakçıları, həm də dünya mediasında böyük maraqla qarşılanıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İsrailə etiraz 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 11:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com