Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2018
12:01
4185
Whatsapp-dan qruplarla bağlı maraqlı YENİLİK

Whatsapp bu gün  aktiv olan son güncəlləməsi ilə qrupları və qrup adminlərini maraqlandıran yeniliklərlə istifadəçilərin istifadəsinə verilib. FaktXeber.com-un AKKet-ə istinadən verdiyi məlumata görə, yenilik həm iOS, həm də Android smartfonları üçün nəzərdə tutulub. 

Platformadakı yeniliklər qrup çatları üçün nəzərdə tutulsa da, ondan istifadə edənlər də faydalana bilər. Məsələn, artıq WhatsApp vasitəsilə  söhbətin  istənilən iştirakçısının profilini tapmaq olar. Bunun üçün qrup haqqında informasiya olan səhifədə sadəcə onun adını yazmaq kifayətdir.

İkinci yenilik qrupun təsviri ilə əlaqədardır. Belə ki, çata yeni qoşulan istifadəçilər məlumatlar bölməsində qrupun məqsədi, qaydaları və sair öyrənə biləcək. Bu da yeni qatılan istifadəçinin söhbət barədə məlumatlı edəcək.

Tətbiqə başqa faydalı funksiyalar da əlavə edilib. Məsələn söhbətlər zamanı kiməsə cavab verilibsə, o isə bir müddətdən sonra çata qatılıbsa, həmin şəxs özünə ünvanlanan bütün ismarıcları görə biləcək. Bunun üçün layihə rəhbərləri  aşağı sağ küncdə @ işarəsi əlavə ediblər.

Daha bir funksiya isə icmanın administrasiyasının idarəsi ilə bağlıdır. Artıq  istifaləçilərin hüquqlarını dəyişmək mümkündür, o cümlədən onlardan hansınasa qrupun mətnini, təsvirini və ya məlumatı dəyişmək izni verilə bilər.

Bundan başqa istifadəçilərin çıxdıqları qruplara təkrar əlavə edilmələrinin də qarşısını alacaq bir qoruma sistemi təklif edilib. 

Məqalədə : WhatsApp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 21:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com