Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2018
11:58
1788
Paşinyan siyasi məhbusları azad etməyə tələsmir

"Siyasi məhbusların azad edilməsi haqqında məsələ hüquqi yolla həll olunmalıdır". FaktXəbər bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsinə yerləşdirdiyi videomüraciətində danışıb.
 
"Çoxları hesab edir ki, mənim siyasi məhbuslarla bağlı çıxışımdan dərhal sonra qapılar açılacaq və məhbsulara deyiləcək ki, çıxın bayıra. Hesab edirəm ki, bu, yanlış və qanunsuz yoldur. Biz hüquqi yolla siyasi məhbus problemini həll etməliyik",-deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın baş prokuroru Artur Davtyan baş nazir Nikol Paşinyanın mövqeyi ilə razılaşmır və iddia edir ki, ölkədə siyasi məhbus yoxdur.

Məqalədə : Paşinyan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 11:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com