Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2018
11:30
834
Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı 26 mayda keçiriləcək

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, builki açıq müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə may ayının 26-da saat 10.00-da Bakı İdman Zalında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) şəffaf şəraitdə keçiriləcək. 

Nazirliyin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, qeydiyyatdan keçmiş namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 24-25 may tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.

Xatırladırıq ki, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində (www.justice.gov.az) və namizədlərin elektron kabinetlərində yerləşdirilib. 

Həmçinin qeyd edilir ki, əvvəlki illərdə olduğu kimi müsabiqədə iştirak edən hüquqşünaslar üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında ödənişsiz hazırlıq kursları davam edir. Kursda iştirak etmək istəyən namizədlər birbaşa nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).

Qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

Test imtahanının keçiriləcəyi Bakı İdman Zalına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib. 

Məqalədə : Ədliyyə işə qəbul 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2018 11:41

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru