Dərsləri boykot edən müəllim məktəbə qaytarıldı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2018
11:27
3675
Dərsləri boykot edən müəllim məktəbə qaytarıldı

Xəbər verdiyimiz kimi, Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev ona edilən haqsızlıqlara görə dərsləri boykot etmişdi. Müəllimin sosial şəbəkə vasitəsilə çağırışları qısa zaman ərzində böyük səs-küyə səbəb olub.

Müəllimin tələbləri yerinə yetirilib və məktəbə geri qaytarılıb. 

"Huüquqlarımız bərpa olundu. Tədrisə davam edirik. Gələcəkdə əgər yenə təzyiqlər olsa, yenə mübarizə aparacağıq. Bizə English Language Center ingilis dili mərkəzi yaratmağa da kömək edəcəklərini söylədilər. 

Mənə ən çox təsir edən şagirdlərimin dəstəyi oldu. Onlar dəstə-dəstə gəlib mənim məktəbdən getməyimi istəmədiklərini deyirdilər. Elə biz müəllimlərin də ən böyük qazancı o şagirdlərin təhsilidir. Dəstək olan hər kəsə təşəkkür edirəm".(Qafqazinfo)

Məqalədə : Fuad Mehrəliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 04:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com