Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2018
10:42
Sonuncu sınaq imtahanına qeydiyyat başlayıb

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 10-da sonuncu sınaq imtahanı keçiriləcək.

Bu barədə FaktXəbər-ə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sınaq imtahanları 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlayacaq.

İyunun 10-da keçiriləcək sınaq imtahanına qeydiyyat mayın 16-da saat 10:00-dan iyunun 6-sı saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 11 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. İmtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində yeni istifadəçi kimi qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanında iştirak haqqı 20 manatdır.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : imtahan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 19:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com