Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2018
09:25
1380
Tehran Avropa üçlüyü ilə nüvə sazişinin qorunması barədə razılığa gəlib

Tehran Fransa, Böyük Britaniya və Almaniya Brüsel danışıqlarından sonra Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) saxlanılması barədə razılığa gəlib. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Zərif bəyan edib.

«Biz prosesi işə saldıq, HBFP -nin saxlanılması üçün gələcək addımlar barədə siyasi razılığa gəldik. Bu da yaxın həftələrdə hansı işlərin görülməsindən asılı olacaq. Biz vacibi zəmanətlər almalıyıq və bu irəliyə nə qədər tez müddətdə hərəkət etməmizdən asılıdır», - deyə o, bildirib.

Qeyd edək ki, bundan əvvəl Çin XİN-in rəhbəri və Almaniya  XİN rəhbəri Hayko Maas telefon danışığı zamanı  İranın nüvə proqrammı üzrə HBFP-nı qorumaq barədə razılığa gəliblər.

Yeri gəlmişkən, AB diplomatiyasının rəhbəri Federika Moqerini bəyan edib ki, HBFP-də dəyişiklik və əlavəyə ehtiyac yoxdur. O bildirib ki, konkret praktiki qərarlar üzərində işlər gedir.

Məqalədə : nüvə sazişi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2018 08:46

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status