Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
22:01
1554
İsrail Türkiyənin diplomatını ölkədən qovdu

İsrail rejiminin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, Türkiyənin Qüdsdəki baş konsulundan ölkəsinə qayıtması tələb olunub.

FaktXəbər-in məlumatına görə, Türkiyənin Fələstindəki baş konsulu Gürcan Türkoğlu İsrail XİN-ə çağırıldığını və qarşısına qoyulan tələbi təsdiqləyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın qərarı ilə ABŞ səfirliyi Təl-Əvivdən İsrailin işğalı altındakı Qüdsə - Fələstinin paytaxtına köçürülüb.

Bu addımdan sonra fələstinlilərin başlatdığı aksiyalarda İsrail rejiminin odlu silahlardan açdığı atəş nəticəsində şəhid olanların sayı 61 nəfərə çatıb, 3 minə yaxın yaralı var. 

Türkiyə İsrailin qətliamına görə sərt reaksiya göstərərək İsrailin səfiri Eitan Naehteni ölkədən deortasiya edib.

Məqalədə : İsrail Türkiyə Qəzza Qüds 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2018 06:05

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru