Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
15:50
1575
Din xadimlərinin bank hesabına maaş köçürülüb

Azərbaycan məscidlərində fəaliyyət göstərən din xadimləri onlara verilən maddi dəstəyi almağa başlayıblar.

Artıq Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi və məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilərə bank kartları paylanılıb.

Məlumata görə, ayrılan maddi yardım din xadimlərinin bank hesabına köçürülüb. 

Qeyd edək ki, Azərbaycanda imamlar hər ay 400 manatdan yuxarı, imam naibləri 300-dən yuxarı, mütəvəlliləri isə 220-250 manat arası maddi dəstək alacaq. Maddi yardım ümumilikdə 1000-dən çox din xadimini əhatə edəcək. 

Xatırladaq ki, 2018-ci il üzrə ayrılan vəsait 10 ay üçün nəzərdə tutulduğundan din xadimləri ilə müqavilə də bu müddətə bağlanıb və dekabr ayında başa çatacaq. Gələcəkdə müqavilənin müddəti uzadıla bilər.(report)

Məqalədə : Din xadimləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2018 09:02

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status