Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
14:12
`Həkimlərin, müəllimlərin maaşına yenidən baxılsın`

“2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Hazırda isə neftin qiyməti 75 dollardan yuxarıdır. Ona görə də may ayında dövlət büdcəsinə yenidən baxılmalıdır”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, ölkə başçısının göstərişi əsasında Strateji Yol Xəritəsindən irəli gələn məsələlərlə bağlı Azərbaycanda  çox ciddi işlər görülür.

“Ona görə də investisiya qoyulan sahələr nəzərdən keçirilməlidir.  Hesab  edirəm ki, dövlət büdcəsində həkimlərin, müəllimlərin əmək haqlarına yenidən baxılsın. Həmçinin Azərbaycanda prioritet sahələr olan  kənd təsərrüfatı, turizm sahələrinə əlavə vəsait ayrılmalıdır ki, investisiya layihələri həyata keçirilsin. Bizim qonşu dövlətlərlə birgə layihələrimiz var ki,onlara da vəsait ayrılmalıdır ki, problem olmasın. Sənaye sahəsini də inkişaf etdirmək üçün əlavə maliyyəyə ehtiyac var”.

Qeyd edək ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000 min manat, xərcləri 21 047 000 min manat məbləğində təsdiqlənib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Həkimlər müəllimlər 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 15:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com