Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
12:47
UEFA `Keşlə` klubunun müraciətini müsbət cavablandırıb

AFFA-nın “Keşlə” klubuna istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciəti müsbət cavablandırılıb. 

"FaktXəbər" milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, qərara əsasən, “Keşlə” 2018-2019 mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdir. AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Keşlə”yə lisenziya verilməsini qərara alıb. 

Qeyd edək ki, UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : “Keşlə” klubu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 16:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com