Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
12:42
AİP ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən bəyanatı yayıb

AİP Fəlsətində baş verənlərlə bağlı etiraz bəyanatı ilə çıxış edib

Qurumun Mətbuat Xidmətindən daxil olan bəyanatda deyilir:

“Sionist İsrail rejimi keçən əsrin ortalarından qəsb etdiyi müsəlman torpaqlarında işğalçılıq siyasətini davam etdirir. Ötən gündən bəri qondarma dövlətin sionist rəhbərləri İsrailin yaranmasının 70 illiyi münasibətilə müsəlmanların müqəddəs məkanı Qüdsdə qanlı bayram keçirir. ABŞ-ın yanlış siyasəti və Donald Trampın şəxsi təşəbbüsü ilə imperialist dövlətin səfirliyinin Qüdsə köçürülməsinin elan edilməsi mərasimi buna etiraz edən, əzəli torpağını qəsbkarlardan müdafiə etməyə çalışan 60 fələstinlinin ölümü, 2500 nəfərdən çox insanın yaralanması ilə müşayiət olunur. Sionist dövlətin hərbi qüvvələri Qəzza bölgəsinə toplaşan minlərlə fələstinlinin haqlı etirazlarını ölüm saçan atəşlə qarşılamaqdan çəkinmir və zülmü davam etdirir. 

Bir xalqa, onun mənəvi, maddi sərvətlərinə qarşı qeyri-insani münasibətlə yanaşan ABŞ və onun əlaltıları müsəlmanların heysiyyatına toxunmaqdan, mənəviyyatına təcavüz etməkdən və bu vəhşiliyi dəstəkləməkdən çəkinmirlər. Təəccüb doğuran mühüm amil fələstinli ərəblərə qarşı qənim kəsilən sionist rəhbərlərin və bu rejimi dəstəkləyən Amerikanın qanlı əməllərinə seyrçi mövqeyi ilə diqqəti cəlb edən Səudiyyə ərəbləri, başda Səud rejimidir. Qondarma İsrailə qucaq açan, Amerikaya böyük məbləğlərdə maliyyə vəsaiti yatıran Səudiyyə Ərəbistanının İslam düşmənləri ilə qardaşlıq münasibətləri yaratması heç bir məntiqə, sağlam düşüncəyə və müsəlman əqidəsinə sığmır.

Bizə o da məlumdur ki, ABŞ prezidenti Donald Trampın sionist rejim qarşısında götürdüyü ən mühüm öhdəliklərdən biri məhz ABŞ səfirliyinin Qüdsə köçürülmək və bu müqəddəs məkanı işğalçı rejimin paytaxtı elan etmək idi. Şübhə yoxdur ki, ABŞ-ın belə bir yanlış və sağlam düşüncəyə sığmayan xarici siyasəti nə Yaxın Şərqdə, nə də dünyada sülhə xidmət edir. Müsəlman dünyasını çalxalayan və hətta bir sıra ölkələr tərəfindən kəskin tənqid edilən bu addım Trampın müsəlmanlara qarşı yürüdülən düşmənçilik siyasətini dayandırmır. Göründüyü kimi ABŞ bəşəriyyətə daha böyük bəlalar gətirə bilən qarşıdurmalar, kütləvi qırğınlara aparan meharibələr üçün zəmin yaradır.

Hazırkı dövrdə Amerika prezidentinin bu addımını onun müttəfiqləri qəbul etmir. BMT Baş Məclisi Qüdsü İsrailin paytaxtı kimi tanımamağa çağırır. Söz dünya müsəlman ölkələrinin başçılarınındır. Bəşəriyyətə həmişə bəlalar gətirən, yəhudilərin özləri tərəfindən kin və nifrətlə qarşılanan sionizmi ABŞ-ın dəstəkləməsi bəşəriyyətə, sülhsevər xalqlara qanlı təhlükələr vəd etməkdən başqa bir şey deyil.

Hesab edirik ki, Amerika və onun həmişə ziddiyyətli qərarları ilə tanınan prezidenti Donald Trampın bu addımına qarşı dünya birliyi kəskin etirazını bildirməlidir. Fələstrinlilərə qarşı kütləvi soyqırıma son qoyulmalı, İsrailin bölgədə törətdiyi bu bəşəri cinayətə ciddi və təcili hüquqi qiymət verilməli, bu rejimin təcrid olunması üçün addımlar atılmalıdır.

Azərbaycan İslam Partiyası dünyanın sülhsevər xalqlarını, bütün müsəlmanları insanlığa qənim kəsilən rejimlərə-İsrail və Amerikaya qarşı etiraz etməyə çağırır. Hesab edirik ki, müsəlman dövlətləri və müsəlman xalqlarının liderləri baş verən hadisələrə dərhal siyasi qiymət verməli, ABŞ-da fəaliyyət göstərən səfirliklərini geri çağırmaqla bağlamalı, İsrail səfirliklərini ölkələrindən çıxarmalıdırlar. Əks təqdirdə müsəlman torpaqlarının qəsb edilməsinə son qoymaq, müsəlmanların, o cümlədən fələstinli ərəblərin qətliamını dayandırmaq mümkünsüz olacaq. Biz sionizmə etiraz edib buna qarşı ciddi addım atmayanları zülmə rəvac verənlər kimi qiymətləndiririk.”

Azərbaycan İslam Partiyasının Mətbuat Xidməti

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : AİP 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 10:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com