Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
11:29
7335
Şeyx: `Qüdsdə baş verənlərə biganə qala bilmərik`

"Qüdsdə baş verən hadisələrə müsəlman olaraq biganə qala bilmərik".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O vurğulayıb ki, Qüds Fələstinin paytaxtıdır və ora hər hansı bir müdaxilə qarşıdırumalar və çətinliklər əmələ gətirir: "Televiziyalarda baxanda 59 nəfərin şəhid olduğunu eşitdim. Bu, böyük faciədir. Biz 20 Yanvar hadisəsi zamanı belə qırğının şahidi olmuşuq. Təcavüzün nə demək olduğunu gözəl bilirik".

A.Paşazadə qeyd edib ki, Qüds bütün dinlər üçün müqəddəsdir: "Müsəlman dövlətlərin arasında birlik olmadığına görə bundan sui-istifadə edilir. Orada minlərlə insanın qırılması bütün müsəlmanları hədəfə almaq deməkdir. Beynəlxalq hüquq çərçivəsində məsələyə baxılmalı və sülh yolu ilə atılan addımlardan geri çəkililməməlidir. Şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyirik".

Məqalədə : Allahşükür Paşazadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2018 08:52

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status