Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
11:51
1080
Ramazan ayı özünü qaydaya salmaq ayıdır

Ramazan ayını və məqamını tanımaq, bizlərə bu mübarək aydan ən yaxşı şəkildə faydalanmaq fürsəti verir. Rəsulullah bu barədə belə buyurur: "Allah ən təmiz olandır, baxın, görün, nəyi qarşılamağa gedirsiniz? Əgər qullar Ramazan ayında olan nemətlərdən xəbərdar olsaydı, bütün ayların Ramazan olmasını arzu edərdi."

Ramazan ayının sifətlərindən biri "Mübarək" olmasıdır. Peyğəmbərimiz çox yerdə bu sifətə toxunmuşdur. Hz.Məhəmməd (s) hər il Ramazan ayının ilk gecəsi bu duanı edərdi: "Ey Mübarək ay, bizə sənin vasitəçiliyinlə kəramət qazandıran Allaha həmd olsun.”

   2018-ci il Mübarək Ramazan ayı ilə bağlı təqvim və dualar  

“Mübarək” sözü sabitçiliklə birlikdə, inkişaf və artım mənasındadır. Alimlərin təfsirinə görə, “mübarək” “bol xeyr mənbəyi” deməkdir. Qurani-Kərimdə də bir neçə dəfə "mübarək" sözü istifadə edilib. Quran mədəniyyətində Allahın evi Kəbə, Məscidi-Əqsa, Qədr gecəsi və Quranın özü də mübarəkdir.

Ramazan ayı insanların bu mənəvi atmosferdə tam fərqli insanlara çevrildiyi və böyük bir sevinc yaşadığı üçün mübarəkdir. Bu ayda nəfsi tələbatlara qarşı müqavimət göstərmə gücü artar. Həqiqətdə Ramazan ayı, insanlar ən gözəl sifətlərə büründüyü üçün mübarəkdir. Ramazan ayı özünü qaydaya salma aydır. Bu ayda, insanların özlərini həyatın aktual əlaqələrindən xilas edib, səadət yolunu qət etmələri üçün lazımi bir mühit hazırlanmasıdır. Buna görə də Ramazan ayının bir fəziləti də insanları inkişaf etdirməkdir. Biz də bu mübarək ayı fürsət bilərək, həqiqi müsəlmanın xüsusiyyətlərini nəzərdən keçirməliyik. Həyat verən təlimlərində Qurani-Kərim belə bir insanın xüsusiyyətlərini ən yaxşı şəkildə izah edir.

Yaxşı bir həyat üçün qəbul edilən birinci qanun doğru və lazımi proqram qurmaqdır. Planlama mütəxəssisləri bunun üç mərhələli olduğunu ifadə edirlər. Bu mərhələlər imkanlar və məhdudlaşdırmaların tərifi, qısa və uzun vədəli hədəflərin təyin olunması və bu hədəflərə çatmaq üçün ən yaxşı üsulların seçilməsidir. Necə ki Hz.Əli (ə) də bu barədə belə deyir: "Ey insanlar, tədbirsiz bir dünyadan xeyr gəlməz. Günün saatları bütün işlərin eyni vaxtda edilməsinə çatmaz, ona görə də iş və istirahət saatlarını doğru şəkildə bölüşdürün."

Bu təlimlərə görə müsəlman bir insan iş və əməyə prioritet verər. Bir müsəlman üçün iş, sağlam həyatın təməli olub insan izzəti və kəramətini qoruyan ən böyük faktor sayılır. Müsəlman bir insan Qurani-Kərimdən hər kəsin həyatını, iş və səyinə borclu olduğunu və heç kimin işləmədən və səy göstərmədən heç bir şey əldə edə bilməyəcəyini öyrənmişdir. Müsəlman insanın obrazı onu göstərir ki, tənbəllik və işləməmək insan şəninə yaraşmır. 

Bir müsəlman bədənində yığılan enerjini ən yaxşı şəkildə qiymətləndirən insandır. Necə ki, keçmiş zamanlarda müsəlmanlar böyük bir coşqu və səy ilə parlaq İslam mədəniyyətinin təməlini atıblar. Rəvayətlərə görə, müsəlmanlardan biri işlərini kənara qoyaraq, gecə-gündüz ibadət edirmiş. Bu xəbəri eşidən İmam Sadiq (ə) hadisədən təəssüf hiss keçirdiyini söyləyərək belə buyurur: "Görəsən, bu adam işləmədən dua və ibadətinin qəbul olmayacağını bilmirmi?"

Şübhəsiz, işləmək hər dində və etiqadda qiymətlidir, ancaq müsəlman bir insanın səylərinə dəyər qazandıran şey, yaxşı və xeyirli işlər görməsidir. Qurani-Kərimə görə, müsəlman bir insan davamlı hərəkət halında olub, ətrafına xeyir verər. Bir müsəlman özünü hər cür maddi və israf mühitinə sürüyəcək əməllərdən çəkinməlidir. Belə insanın Quranda ifadə edilən başqa xüsusiyyəti sırf öz mənfəətlərini düşünməməsidir. Bir müsəlmanın işləməkdə məqsədi sağlam yaşamaq, xalqa xidmət etmək və Allahın razılığını qazanmaqdır. Necə ki, Allah-təala da “Bəqərə” surəsinin 200-cü ayəsində belə buyurur: "Beləliklə, Həcc əməllərinizi yerinə yetirdikdən sonra, öz atalarınızı xatırladığınız kimi və ya ondan da yaxşı və dolğun şəkildə Allahı yada salın (ərəblərin adəti belə idi ki, onlar Həcc əməllərini yerinə yetirdikdən sonra Minada öz atalarının iftixar etməli işlərindən danışmağa başlayırdılar). Beləliklə, insanların bəzisi deyər: “Ey Rəbbimiz, bizə dünyada (nemət) ver!” Onların axirətdə heç bir payı yoxdur."

Bir gün yunan filosof Aristokratdan, “niyə az yeyirsən”, - deyə soruşurlar. Aristokrat belə cavab verir: "Mən yaşamaq üçün yeyirəm, başqaları yemək üçün yaşayırlar. Bəziləri çox yeyər, ancaq qarınqulu insan heç vaxt ağıllı və alim ola bilməz. Yeməkdə həddini aşmaq düşüncənin inkişafına mane olur."

Bu barədə İslam dini də nəfsimizə qalib gəlmək üçün həll yolları təqdim etmişdir ki, oruc tutmaq bu yollardan biridir. İslam Peyğəmbəri belə buyurur: "Ürəklərinizi çox yemək və içməklə öldürməyin. Könülləriniz də həddindən artıq sulamağa görə puç olmuş tarlalar kimi ölər."

Uca Allah da bu barədə belə buyurur: "Ey adəm oğulları, mənim mələklərim gecə-gündüz sizi müşahidə edir, dedikləriniz və etdikləriniz, az və ya çox, hamısı yazılır. Göy üzü sizdən gördüyü hər əmələ şahidlik gətirir. Günəş, Ay və ulduzlar da dedikləriniz və etdiklərinizə şahidlik gətirir. Mən də sizin ürəyinizdə olanları və gizli əməllərinizi görürəm. Ona görə də əsla qafil olmayın."

Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2018 06:06

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru