İsrail onları da qətlə yetirdi... FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
10:50
3870
İsrail onları da qətlə yetirdi... FOTO

ABŞ prezidenti Donald Trampın  dünyanı heçə sayaraq aldığı  hüquqsuz qərardan sonra  dünən İsrail bütün dünyanın gözü qarşısında qətliam həyata keçirdi. FaktXeber.com-un məlumatına görə, Təl-Əvvdəki ABŞ səfirliyi Qüdsə köçürülərkən aksiyalarda iştirak edən 59 fələstinlə həyatını itirib. Əksəri həqiqi güllələrdən olmaqla 2700 fələstinli də yaralıdır.

Qurbanlar arasında 8 aylıq körpə də var. Leyla adlı qızcığaz səhərə yaxın hələ anlamadığı bu dünyaya gözlərini yumdu.

Qətl edilənlər arasında İsrailin 2014-cü ildə Qəzzaya hücumlarında iki ayağını da itirən və Böyük Qayıdış Yürüşünə əlil arabası ilə qatılan 29 yaşlı Fadi Abuk Salah da var.

Qeyd edək ki, BMT TŞ Qəzza ilə sərhəddə aksiyalarda İsrail  təhlükəsizlik  qüvvələrinin həqiqi güllədən istifadə etməsi nəticəsində 60-a yaxın fələstinlinin şəhid edilməsi ilə bağlı istintaq tələbinə ABŞ veto qoyub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 20:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com