Amerikanın indi etdiklərinin nəticəsi daha ağır olacaq

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
10:46
2510
Amerikanın indi etdiklərinin nəticəsi daha ağır olacaq
Politoloq Elxan Şahinoğlu Qəzzada baş verənləri şərh edib

Fələstində baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir. "Böyük Qayıdış" adı ilə fələstinlilərin başlatdığı aksiya İsrail rejiminin sərt müdaxiləsi ilə üzləşib.

FaktXəbər-in məlumatına görə, baş verən hadisələri şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ prezidenti Donald Tramp prezident seçkisindən əvvəl verdiyi bütün vədləri addım-addım yerinə yetirib və bu hadisələr də ondan qaynaqlanır: "Adətən ABŞ-da prezident seçilməyənə qədər çox vəd verən olub, ancaq Ağ Evə köçdükdən sonra soyuq başla hərəkət edərək ehtiyatlı qərarlar qəbul ediblər. Tramp onlardan deyil, dediyini edir, ancaq onun qorxunc vədlərini yerinə yetirməsi beynəlxalq aləmə baha başa gəlir. Demişdi ki, İranla nüvə anlaşmasından çıxacaq, çıxdı, demişdi ki, Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq və Amerika səfirliyini bu şəhərə köçürəcək, tanıdı və köçürdü.

Bu gün Qəzza bölgəsində ölənlərin sayı 59-a çatıb və bu say getdikcə artacaq. Amerikanın yaxın tarixində çox səhvləri olub, ancaq indi etdiklərinin nəticəsi daha ağır olacaq. Buna baxmayaraq, Donald Tramp ölkə daxilində reytinqini artırıb. Demək, Amerika cəmiyyəti okeanın o tərəfindən bu tərəfinə baxarkən özü üçün təhlükə görmür."

Məqalədə : Elxan Şahinoğlu Qüds Qəzza 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 15:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com