Region aeroportları `ASAN viza` sisteminə keçir

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
10:04
2644
Region aeroportları `ASAN viza` sisteminə keçir

"Növbəti bir ay ərzində Gəncə, Lənkəran, Qəbələ və digər hava limanları "ASAN viza" sisteminə keçəcək".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib. 

O bildirib ki, hazırda Heydər Əliyev hava limanında "ASAN viza"nın 14 terminalı quraşdırılıb, bank pəncərəsi və digər köməkçi pəncərələr fəaliyyət göstərir: "Əcnəbi rüsumu online və banka yaxınlaşıb ödəyə bilər".

O həmçinin əlavə edib ki, "ASAN Viza" vasitəsilə hava limanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu müəyyənləşib.

Yaponiya vətəndaşları üçün hava limanlarında "ASAN Viza" pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 11 dollar təşkil edəcək.

Qalan ölkələrin vətəndaşları üçün hava limanlarında "ASAN Viza" rüsumu 26 dollardır.

Məqalədə : Gəncə Lənkəran Qəbələ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 15:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com