Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
09:57
1380
`ASAN viza`nın rüsumu açıqlanıb

Heydər Əliyev adına Beynəlxalq Hava limanında ASAN viza vasitəsilə əcnəbilərin ödəyəcəyi rüsumlar açıqlanıb.

FaktXəbər-in xəbərinə görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib ki, "ASAN viza"nın qiyməti 20 dollardır: "Amma aeroportda sistem necədirsə, biz də eyni qaydada işləyəcəyik, yəni viza Yaponiya üçün ödənişsizdir, Türkiyə üçün isə 10 dollardır. Digər dövlətlər üçün isə bu məbləğ 20 dollardır".

Ülvi Mehdiyev deyib ki, aeroport 24 saat işlədiyi üçün Dövlət Agentliyi də sistemi ona uyğun qurub: "İşçilər növbətçilik rejimində işləyəcək. Hər hansı texniki problem olarsa dərhal müdaxilə olunacaq".

Məqalədə : ASAN Viza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2018 07:02

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru