Laricani: Fələstinlilərin həqiqəti başa düşməyi əsrin nailiyyətidir

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
09:51
2644
Laricani: Fələstinlilərin həqiqəti başa düşməyi əsrin nailiyyətidir

İran parlamentində Fələstinə görə təcili toplantı keçirilib.

FaktXəbər-in İran mediasına istinadən məlumatına görə, toplantıda çıxış edən parlamentin spikeri Əli Laricanı bildirib ki, sionist rejimin hücumları nəticəsində 50-dən çox dinc sakin şəhid olub, 2000-dən çox yaralı var.

Onun sözlərinə görə bu məsələlər iki hadisə ilə üst-üstə düşür: "Bir neçə on illiklər qabaq, Nəqbə (Fələstinlilər 14 may 1948-ci ildə İsrailin işğal etdiyi Fələstin ərazilərində müstəqilliyini elan etməsi və fələstinlilərin məcburi köçə məruz qalmasına görə, 15 mayı "Nəqbə" (Böyük Fəlakət) kimi xatırlayır. İordan çayının qərb sahili və Şərqi Qüds 1967-ci ildən bu yana İsrailin işğalı altındadır.) günündə - 14may 1948-ci ildə böyük güclər sionistləri dəstəkləyərək fələstinlilərin öz torpaqlarından çıxarılmasına, onların küncə sıxışdırılmasına nail oldular."

Laricani bildirib ki, bu, böyük hadisədir və fələstinlilərin 2/3-si öz ata-baba torpaqlarından qovulublar, müqavimət göstərənlər isə qətliam edilirlər. Bu tarixi fəlakət son onilliklərdə sionist rejimin doğulmasının təməlidir.

Laricani digər bir məsələnin isə ABŞ səfirliyinin Təl-Əvivdən işğal edilmiş Qüdsə köçürülməsi olduğunu bildirib: "Halbuki bütün dünya ölkələri də bu aksiyanı pisləyib, hamı bilir ki, bu, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qanunlarının pozulmasıdır və illər əvvəl amerikalılar bu beynəlxalq institutu nüfuzdan salmaq qərarına gəliblər.

İraqa müdaxilə Təhlükəsizlik Şurasının razılığı olmadan həyata keçirildi, amma amerikalılar hərəkətə keçmək üçün 2 ölkənin birindən dəstək aldılar, baxmayaraq ki, sonradan qaçacaqlarına əmin idilər. Bütün bunlar onu göstərir ki, dünyada sülhü təmin etmək istəyən, başqa alternativi də olmayan BMT-ni ABŞ gözdən salmağa çalışır.

Son hadisələr sionist rejimin öz qüdrətini göstərməsindən çox, xaos yaratmaq istəyini ortaya çıxardı. Fəlsətinlilərin dinc aksiyaları onların öz haqq və hüquqlarının arxasında durduğunu göstərdi. Fələstinlilərin yeni addımı sionist rejimi axmaq addım atmağa məcbur etdi."

Laricani son olaraq bildirib ki, Amerikanın bu addımı əslində müsəlmanlarım qələbəsi ilə başa çatacaq: "ABŞ rejimi iddia edir ki, onun addımı əsrin sazişidir. Cənab Tramp! Sizin bu saziş fələstinlilərə edilən zülmləri artırdı. Amma bu, fələstinlilərin və müsəlmanların birləşməyinə və qələbələrinə səbəb olacaq. Hətta bir qrup fələstinli ki var idi, uzun illədir azacıq kompromis planlara ümid edirdilər, onlar da artıq haqlarını almağın yeganə yolunun mübarizə olduğunu başa düşdülər. Fələstinlilərin həqiqəti başa düşməyi əsrin nailiyyətidir və bu, Amerikanın sazişlərini tarixin zibilliyinə atacaq."

Məqalədə : İran Fələstin 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 20:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com