Səlim Müslümova cinayət işi açıla bilər

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
09:38
2347
Səlim Müslümova cinayət işi açıla bilər

"Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” rəsmi hesabatında Azərbaycanda vəfat etmiş 181 nəfərə qanunsuz olaraq pensiya yazıldığı açıqlanıb.

Sənəddə göstərilib ki, aparılmış audit tədbirləri 2016-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlərin və xərclərin icra vəziyyətini əhatə edib. Hesabatda bildirilib ki, qeyd olunan dövrdə qeyri-büdcə sektoru üzrə debitor borcların aradan qaldırılması istiqamətində Fondun fəaliyyəti həmin tədbirləri tam əhatə etməyib.

Auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxsin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

Dövlət Sosial Müdafiə Fondu uzun illər eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun birbaşa nəzarətində olub.

Bu fakt cinayət işinin başlanması üçün əsas ola bilərmi?

Modern.az-ın bu qəbildən olan suallarını tanınmış vəkil Cavad Cavadov cavablandırıb.

Hüquqşünas deyib ki, Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən Hesablama Palatasının açıqladığı hesabatdakı məlumatlar cinayət işinin başlanması üçün birbaşa əsasdır:

““Hesablama Palatası haqqında” Qanuna və nizamnaməsinə görə, qurum faktları Baş Prokurorluğa təqdim etməyə borcludur. Çünki burada birbaşa cinayətin əlamətləri var. Bu sadə deyil, açıq-aşkar korrupsiya cinayətləridir”.

C.Cavadov bildirib ki, faktlara görə konkret məsuliyyət daşıyacaq şəxslərin aydınlaşdırılması, cinayət törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istintaq orqanın səlahiyyətidir:

“Amma fakt olaraq ölmüş şəxslərin adına pensiya yazılması açıq-aşkar cinayətdir”.

Məqalədə : Səlimov Müslümov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 15:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com