Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
09:25
BMT TŞ-nın Qəzza ilə bağlı istintaq tələbinə ABŞ veto qoyub

BMT TŞ Qəzza ilə sərhəddə aksiyalarda İsrail  təhlükəsizlik  qüvvələrinin həqiqi güllədən istifadə etməsi nəticəsində 60-a yaxın fələstinlinin şəhid edilməsi ilə bağlı istintaq tələbinə ABŞ veto qoyub.

FaktXeber.com-un Anadolu Agentliyinə istinadla verdiyi məlumata görə, Təhlükəsizlik Şurasının  müvəqqəti üzvlərindən olan  Küveyt konseydən  Qəzzadakı  şiddət hadisələrindən narahatlıq və kədər duyduğunu bildirən, həmçinin baş verənlərlə əlaqədar istitaqın başlanılmasını tələb edən bir bəyanatın qəbul edilməsini istəyib.

Diplomatlar Qəzza ilə sərhəddəki  aksiyalarda  İsrail Təhlükəsizlik Qüvvələrinin  həqiqi  mərmidən istifadəsi və buna görə çoxsaylı qurbanlarla bağlı BMT TŞ-nın müstəqil və şəffaf istintaq tələbinə ABŞ-ın qarşı çıxdığını bildirib.

Qeyd edək ki, ABŞ martın 30-dan bəri davam edən Böyük Qayıdış Yürüşü çərçivəsində keçirilən dinc aksiyalarda nisbətsiz güc istifadəsi nəticəsində çox sayda Fələstinlinin şəhid edilməsi ilə bağlı istintaq tələblərini iki dəfə rədd etmişdi.

BMT TŞ Küveytin tələbi ilə bu gün toplanacaq.

Fələstində keçirilən "Böyük Qayıdış" aksiyalarına qarşı İsrail rejiminin tətbiq etdiyi terrorra görə dünyasını dəyişən dinc sakinlərin sayı 58-ə çatıb. Hadisələr zamanı 2771 dinc sakin də yaralanıb

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Böyük Qayıdış 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 05:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com