Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
08:22
Ərdoğan: İsrail atdığı addımlarla terror dövləti olduğunu sübut edir

"İsrail dövlət terroru həyata keçirir. İsrail terror dövlətidir və bir terror dövləti olaraq da hazırda atdığı addımlarla bunu sübut edir."

FaktXəbər-in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Prezident Ərdoğan sözlərini belə davam etdirib:

"Mən bu insanlıq dramını hansı tərəfdən olursa-olsun, istər Amerika, istər İsrail, lənətləyirəm və buna səssiz qalanları da lənətləyirəm. Çünki hər hansı bir yerdə bu cür hadisələr olduğu zaman, yaxud da ölkəmizə səfərə gələnlər bizlərlə görüşdükləri vaxt terrorçulara qarşı apardığımız mübarizəyə, terrorçuları öldürdüyümüzə görə bizi hesaba çəkənlər, bu anda öz torpaqlarını işğal edənlərə qarşı ən kiçik bir səs belə çıxarmırlar. Hazırda İsrail dövlət terroru həyata keçirir.

Amerika, PYD, YPG ilə İŞİD-ə qarşı mübarizə apardığını söyləyərək necə əməkdaşlıq edirsə, elə burada da təəssüf ki, İsrail ilə amansız şəkildə iş birliyinə daxil olub. İsrailin törətdiyi soyqırımdır və bu soyqırımı ilk dəfə bu gün göstərmir. 1948-ci ildən etibarən bu işğal davam edir və azala-azala Fələstin bugünkü bir ovuc yerdə qalıb. İndi də buradan çıxarmağa çalışırlar. Qeyri-qanuni qərara qarşı yalnız demokratik hüququndan istifadə edən vətəndaşlara qarşı bu hücumlar bir daha İsrailin çirkin üzünü ortaya qoymuşdur".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Böyük Qayıdış Ərdoğan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 05:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com