Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2018
22:18
Bəzi müəllimlərə güzəştlər ediləcək - YENİ QAYDA - VİDEO

İş yerlərini dəyişmək istəyən müəllimlər üçün yeni qaydalar müəyyən edilib. 

Yaşayış yerinə uzaq ərazilərdəki məktəblərdə işləmək istəyən müəllimlərin imtahan əmsalları daha yüksək rəqəmlə hesablanacaq. 

İş yerləri dəyişdirilərkən bəzi kateqoriyalara aid müəllimlərə xüsusi güzəştlər ediləcək. Bundan başqa, iş yerlərinin dəyişdirilməsi zamanı yaşadıqları əraziyə yaxın yerdə işləmək istəyən müəllimlərin də balı fərqli əmsalla hesablanacaq. Bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində insan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə məlumat verib.

Ümumtəhsil müəssisələrinə direktor müavinlərinin də işə qəbulu ilə bağlı dəyişikliklər var.

Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklərdən biri də ondan ibarətdir ki, onların müddətli müqavilə ilə işə qəbulu mərkəzləşmiş qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu 25 iyun - 5 iyul tarixlərində olacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : müəllim 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 21:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com