Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2018
15:16
İraqda rusiyalı diplomatı öldürən terrorçuya edam cəzası verildi

İraqın Mərkəzi  Cinayət Məhkəməsi 2006-cı ildə rusiyalı diplomatı öldürməkdə təqsirli bilinən terrorçuya edam cəzası verib. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə İraq Ali Məhkəmə Şurasının  nümayəndəsi Əbdel Sattar Birkadara bildirib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs silahlı qruplaşma ilə birlikdə 4 xarici vətəndaşı oğurladığını etiraf edib. Birkadar vurğulayıb ki, həmin vaxt 2 diplomatgüllələnmiş, digər 2-si isə doğranmışdı.

O, əlavə edib ki, təqsirləndirilən şəxs  diplomatların birinin edamında iştirak edib, bundan sonra isə silahlı qruplaşmalarla birlikdə cəsədləri Dəclə çayına atıb.

Qeyd edək ki, 2006-cı ilin iyun ayının 3-də  Bağdadda  Rusiya səfirliyinin əməkdaşlarına hücum olmuşdu. Nəticədə  Rusiya diplomatik  missiyasının əməkdaşı  Vitaliy Titov həlak olmuşdu. Hücumçular sonra səfirliyin üçüncü katibi Fedor Zaytsevi, həmçinin diplomatik missiyanın əməkdaşı Rinat Aqliulin, Anatoli Smirnov və Oleq Fedoseyevi oğurlayaraq qətlə yetirmişdilər. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İraq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 05:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com