Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2018
14:41
1671
Budəfəki əfv 500-dən çox məhbusa şamil ediləcək

Əfv Məsələləri üzrə Dövlət Komissiyasının iclasları yekunlaşmaq üzrədir. Bu barədə Modern.az-a Komissiya üzvü Rəşad Məcid məlumat verib.

R.Məcid qeyd edib ki, bu həftə ərzində də iclaslar davam edəcək:

“Bu il Komissiya çox məhsuldar işlədi. İndiyədək 1200-dək müraciətə baxılıb”.

Komissiya üzvü əfv sərəncamının 500 nəfərdən çox məhbusa şamil ediləcəyini vurğulayıb:

“Bildiyiniz kimi, əfv sərəncamının imzalanması prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ölkə rəhbərinin humansit addım ataraq, növbəti əfv sərəncamını imzalayacağı gözlənilir. Bu isə məhbuslar və ailələri üçün sevindirici olacaq”.

R.Məcidin sözlərinə görə, əfv sərəncamının prezident İlham Əliyev tərəfindən  mayın 28-dən bir neçə gün əvvəl imzalanacağı gözlənilir.

Məqalədə : əfv 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2018 11:36

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru