Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2018
12:16
2028
Son on üç ildə məzun olanların sayı 40 min nəfərə yaxın azalıb

"Son on üç ildə ölkədə məzun olanların sayı 40 min nəfərə yaxın azalıb".

Ötən il ümumtəhsil müəssisələrini 83679 məzun bitirib.

Məlumata görə, son on üç ildə məzunların sayı 39429 nəfər azalıb. Bu meyil artıq bir neçə ildir ki, müşahidə olunur. Son on üç ildə məzunların sayı 32.03% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2016-cı illə müqayisədə məzunların sayı 3651 nəfər azalıb. Bununla belə qeyd etmək lazımdır ki, sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı heç də azalmır, əksinə artır.

Ötən il sənəd verənlərin 75.83%-ni (59404 nəfər) builki məzunlar təşkil edib. Qeyd edək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04 və 2016-cı ildə 68.31% olub. Göründüyü kimi 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı getdikcə azalır, cari illərin məzunlarının payı isə artır. Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın azalmasıdır. Bu isə öz növbəsində ümumiyyətlə abituriyentlərin tərkibində əvvəlki illərin məzunlarının payının azalması ilə nəticələnir.

Ali təhsil müəssisələrinə qəbul üçün ayrılmış yerlərin 32.29%-i I, 30.14%-i II, 22.84%-i III, 7.55%-i IV, 7.19%-i isə V qrupun payına düşür. 2016-cı illə müqayisədə plan yerləri I qrupda 1.23, II qrupda 5.37 və V qrupda 7.46% artıb, III və IV qruplarda isə müvafiq olaraq 0.12 və 2.72% azalıb. 

Məqalədə : Məzun 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 12:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com