Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2018
12:02
`Mən `dvijenianı` bilirəm, amma `pravanı` alacam` - VİDEO

May ayının 1-dən etibarən hər bir sürücüyə günəş şüalarının qarşısını almaq üçün avtomobillərinə sənaye istesalı olan pərdələr quraşdırmağa icazə verildi.

Qaydalara görə ön şüşənin işıqburaxma qabiliyyəti 75%, qabaq yan şüşələr 70%, arxa yan şüşələrdə isə 65% olmalıdır.

Lakin sürücülərin əksəriyyəti standartlara məhəl qoymur, sənaye istehsalı olmayan pərdələrdən istifadə edirlər. Bu zaman isə görmə səviyyəsi maksimum dərəcədə aşağı enir və qəza halları qaçılmaz olur. Belə sürücüləri aşkarlamaq üçün yol polisləri mütəmadi olaraq hərəkətə nəzarət edirlər. 

Cərimə olunsalar da onların böyük əksəriyyətini polis əməkdaşları öz fikrindən daşındıra bilmir. Görünür sükan sahiblərini qaydalardan daha çox avtomobillərinin görünüşü maraqlandırır. 

Sürücü: “Tələsirəm. Tələsik olanda qaydalar istər-istəməz adamın yadından çıxır”.

Qaydanını pozan sürücü: “Bu qanun gözəl şeydir. A kişi orda nə var onu yaz. Radaradımı filan hamısını yaz”.

Min bir bəhanə ilə özünə haqq qazandırmağa çalışan sükan sahibləri qaydaların sırf təhlükəsizlik üçün nəzərdə tutulduğunu ya unudur, ya da görməzdən gəlirlər. Hüququ olmadan sükan arxasına əyləşənlər isə lap ağ edirlər.

Qaydanını pozan sürücü: “Sürücülük vəsiqəm yoxdur, alacam. Mənim başqa vəsiqəm var. Mən “dvijenianı” bilirəm. Allah hamınıza ömür versin. İnşallah ki, alacam pravanı”.

Bütün hallarda, hər bir sürücü öz məsuliyyətini dərk edərək sükanın arxasına keçsə yaxşıdır. Çünki, "uzaq başı cərimələnərəm" düşüncəsi eyni anda bir neçə can ala, insan ömrünü, arzularını yarı yolda qoya bilir.(ARB 24)

Məqalədə : sürücü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
1100

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1177

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
210

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
175

Təhsil Nazirliyinə 2 milyon manat ayrılıb

21

Noyabr
16:26
BÖLMƏNİ DÜZ SEÇ!
189

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
205

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
165

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
205

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
206
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 21:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru