Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2018
08:58
`Barselona` 4 top vurub məğlub oldu - VİDEO

"Barselona" klubu bu mövsüm futbol üzrə İspaniya çempionatında ilk məğlubiyyətlə üzləşib.

FaktXəbər-in məlumatına görə, La Liqanın 37-ci turu çərçivəsində katalonlar qapılarından 5 top buraxıblar.

Oyunun ilk hissəsindən 2-1 hesabı ilə ev sahibləri qalib ayrılıblar. Boatenqin 9 və 20-ci dəqiqədə vurduğu qollara Felipe Koutinyo 38-ci dəqiqədə cavab verib.

İkinci yarı bşlayan kimi 10 dəqiqə ərzində ev sahibi katalonların torunu 3 dəfə silkələyib. 46 və 56-cı dəqiqədə Enis Bardi, 49-cu dəqiqədə isə Boatenq fərqləniblər. Daha sonra 5 dəqiqə ərzində Koutinyo 2 qol vuraraq hesab arasındakı fəri bir qədər də azaldıb. Suaresin 71-ci dəqiqədə vurduğu qolla hesab arasındakı fərq minimuma enib.

Amma "Barsa"nın bundan artığına gücü çatmayıb.

Hazırda 90 xala malik "Barselona" ən yaxın izləyicisi "Atletiko"nu 12 xal üstələyir. Xallarını 46-ya çatdıran "Levante" isə 15-cidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Barselona 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 19:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com