Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2018
08:51
Ağdama güclü yağış, Yardımlıya isə dolu yağıb - FOTO

Ağdam rayonuna yağan güclü yağış kənd təsərrüfatına ciddi ziyan vurub.

Yağış daha çox taxıl zəmilərini yararsız hala salıb və məhsul itkisinə səbəb olub.

Təbiət hadisəsi nəticəsində, əsasən rayonun Mahrızlı, Zəngişalı və digər kəndlərində olan taxıl zəmilərinə ziyan dəyib.

Fermerlərin sözlərinə görə, yaz aylarında havaların normadan artıq rütubətli olması dənli və tumlu bitkilər üçün ziyanlı hesab edilir. Son günlər küləklə müşahidə olunan güclü yağış səbəbindən cəbhə bölgəsində taxılçılıqla məşğul olan fermerlər çətin vəziyyətlə üzləşiblər. Bu aylarda yağan yağış taxıl zəmilərinə ciddi ziyan vurur.

Ötən günün ikinci yarısında isə Yardımlı rayonuna güclü yağış və doluya təslim olub.

"Report"un məlumatına görə, təbiət hadisəsi rayonun Deman və ona bir neçə yaxın kənddə qeydə alınıb.

Əvvəlcə 1 saata yaxın şimşəklə müşahidə olunan güclü yağış, ardınca isə dolu yağıb.

Yerli sakinlərin sözlərinə görə, güclü yağış və dolu təsərrüfata ciddi ziyan vurmayıb. Lakin yolu su basıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ağdam Yardımlı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 05:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com