Azərbaycan Premyer Liqasında acı nəticə: 4 oyuna cəmi 4910 tamaşaçı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2018
13:56
4471
Azərbaycan Premyer Liqasında acı nəticə: 4 oyuna cəmi 4910 tamaşaçı

Azərbaycan Premyer Liqasının 27-ci turu üçün azarkeş sayı bəlli olub.

Turda ən yüksək göstərici “İnter Arena”da qeydə alınıb. Cəmi 2000 tamaşaçı “Keşlə”nin çempion “Qarabağ”ı darmadağın (3:0) etdiyi matçın canlı şahidi olub.

Ən aşağı göstərici isə Mərdəkanda, “Dalğa Arena”da qeydə alınıb. Burda keçirilmiş “Neftçi” - “Səbail” qarşılaşmasını (3:1) cəmi 500 azarkeş izləyib.

Digər oyunlardan Sumqayıtda keçirilmiş “Sumqayıt” - “Qəbələ” matçında (0:2) 1300, Zirə İdman Kompleksinin stadionunda baş tutmuş “Zirə” - “Kəpəz” oyununda (2:1) isə 1110 azarkeş qeydə alınıb.

Ümumilikdə, turun 4 oyununu 4910 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 1227 nəfər deməkdir.

Məqalədə : azarkeş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 17:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com