Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2018
10:21
3499
Myanmarda qarşıdurmalar davam edir

Myanmarın Şan əyalətində yenidən terror hücumu olub. Hökumət sözçüsü Zav Htayın Facebook vasitəsi ilə verdiyi açıqlamada separatçı Taanq Milli Azadlıq Ordusunun (TNLA) Çin sərhədindəki Muse şəhərində səhər saatlarında təşkil etdiyi 3 ayrı hücumda aralarında mülki vətəndaşların olduğu 15 nəfərin öldüyünü, 20 nəfər isə yaralandığını bildirib.

FaktXəbər-in məlumatına görə, açıqlamada qeyd edilir ki, hücumların 2-si regiondakı hərbi bazaları, digəri isə bir körpü və yaxınlığındakı ticarət mərkəzini hədəf alıbmış. Terrorçular avtomat silahlarla yanaşı qaubitsalardan da istifadə edib.

"Qırmızı Xaç" əməkdaşı bildirib ki, ölənlərin 2-si qadındır.

Qeyd edək ki, əyalətdə son aylarda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında toqquşmalar intensivləşib. Münaqişələr üzündən Çinli etnik azlığa mənsub minlərlə adam yurdlarını tərk edərək qonşu Kaçin əyalətinə köç etmək məcburiyyətində qalıblar.

Məqalədə : Myanmar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
82

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1341
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 06:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru