Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2018
15:36
4160
Bakıya daha bir yeni metro qatarı gətirildi

Bakıya Rusiyadan daha bir yeni metro qatarı gətirilib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin FaktXəbər-ə verdiyi məlumata görə, “Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair imzalanan müqaviləyə görə artıq ikinci qatar da Azərbaycana gətirilib:

"Hazırda Rusiyadan gələn və yerli mütəxəssislər tərəfindən qatarın istifadəyə verilməsi prosesi gedir. Avadanlıqlar quraşdırılacaq, sazlanma işləri aparılacaq, daha sonra sınaqlar həyata keçiriləcək. Yalnız bundan sonra qatar xəttə buraxılacaq".

İlk qatarın aprelin 21-dən xəttə buraxıldığını deyən N.Paşayevin sözlərinə görə, yeni qatarların hər biri 5 vaqondan ibarətdir: "Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarlarda havalandırma və kondisioner sistemi var. Qatarda vaqonlararası keçidlər mövcuddur. Vaqonlarda qapıların enli olması da sərnişinlərin daha rahat düşüb-minməsi üçün şərait yaradır.

Qatarlarda mövcud olan ultrabənövşəyi işıqlar vasitəsilə hava bioloji olaraq tənzimlənir. Bu qatar bütün texnoloji avadanlıqlar baxımından ən son nəsilə aid qatardır.

Əsas yeniliklərdən biri isə vaqonların hər birində 16 ədəd olmaqla qatarda 80 ədəd USB portların mövcudluğudur. Bundan əlavə hər vaqonda fiziki məhdudiyyətli insanlar üçün oturacaqlar və əlil arabalarının dayanması üçün yerlər var. Qatar, həmçinin sərnişin tutumuna görə də digər qatarlardan üstündür, onun istismar müddəti 31 ildir".

Qeyd edək ki, yeni qatarların alınması ilə bağlı müqaviləni “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metrovaqonmaş” şirkətinin baş direktoru Boris Boqatıryev imzalayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
51

Bağdadinin yeni səs yazısı yayıldı

17

Sentyabr
11:43
DÜNYA
76

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
148

Körpüdə dayanmağın faciəvi sonluğu - VİDEO

17

Sentyabr
10:18
HÜQUQ,HADİSƏ
170

Çempionlar Liqası başlayır

17

Sentyabr
10:00
İDMAN
182
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 14:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru