Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2018
11:40
6681
Qubad İbadoğlu: Cahangir Əsgərov ailəsinə hotel tikir, dövlət də büdcədən AZAL-ın borclarını ödəyir

"Gürcüstanın "NewsGeorgia" saytının yaydığı məlumata görə, "AZAL" Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun ailəsinə məxsus beşulduzlu "Qrand Qloriya" mehmanxanasının dəyəri 31 milyon dollardır."

FaktXəbər-in məlumatına görə bu barədə iqtisadçı Qubad İbadoğlu yazıb. İqtisadçı-ekspert bildirir ki, "Qloriya" şirkətinin 50,8 % payı "AZAL" prezidenti Cahangiz Əsgərovun həyat yoldaşı Z. Qəmzəyevaya, qalanı onun uşaqları Cəmil və Məlahət Əsgərovlara məxsusdur: 

"2016-cı lin yazında maliyyə naziri Samir Şərifovun parlamentdə verdiyi açıqlamaya görə, AZAL-ın xarici borcu 650 milyon dolları ötüb. Həmin zamandan indiyədək, AZAL borclarını artırır. Ehtimal olunur ki, hazırda AZAL-ın borcu 1 milyard dollar çatır. AZAL-ın xarici öhdəliklərinin əksəriyyətinin zəmanəti dövlət tərəfindən verilib. Digər dövlət şirkətləri ilə yanaşı AZAL da xarici valyuta ilə olan borc öhdəliklərini icra etməkdə çətinlik çəkir. Borc vəsaitini "AZAL"-ın xərcləməsinə baxmayaraq, onun çox hissəsi dövlət büdcəsindən ödənilir. Bu isə dövlət büdcəsindən xarici borcların ödənməsi üçün ayrılmış vəsaitlərin ildən ilə sürətlə artmasına səbəb olur. Belə ki, 2018-ci ilin büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üçün 2 milyard 262 milyon manatdan çox vəsait nəzərdə tutulub."

Məqalədə : AZAL Cahangir Əsgərov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2018 09:07

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status