Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2018
10:11
Qoyun əti ucuzlaşdı - VİDEO

Bazarlara çıxarılan quzunun sayının artması quzu ətinin qiymətinə təsir edib. Bakıda quzu ətinin qiyməti düşüb.

Təxminən bir neçə gün əvvəl 12 manatdan baha satılan quzu ətinin 1 kq-ı indi 11 manat, 11 manat 50 qəpiyə satılır. Söhbət çəkisi 12 kiloqrama qədər olan quzulardan gedir.

Qəssabxanaların qarşısına qiymətin düşməsi ilə bağlı artıq elanlar da vurulub.

Satıcıların sözlərinə görə, quzu ətinin qiymətinin enməsinə səbəb xüsusən bu aylarda bazara çıxarılan quzuların sayının çox olmasıdır. Satıcılar bildirirlər ki, çəkisi 12 kiloqramdan ağır olan heyvanların əti daha ucuz qiymətə satılır. Satıcılar deyirlər ki, bu tendensiya davam edərsə, quzu ətinin qiyməti daha da enəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qoyun əti 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 05:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com